"Fənərbaxça" Ardanın əvəzinə bu ulduz futbolçunu alır - FOTO

Vilfrid Zaha transferində "Qalatasaray"a uduzan "Fənərbaxça"nın yeni hədəfi 23 yaşlı braziliyalı Tete olub.

Metbuat.az xəbər verir ki, "Şaxtyor Donetsk"dən ayrılaraq transfer hüququ əlində olan Tete "Fənərbaxça" ilə masaya əyləşib. Məlumata görə, “Fənərbaxça” Teteyə illik 3,5 milyon avro təklif edib. Tetenin 6 milyon avro maaş istədiyi bildirilib. Futbolçunu transfer etmək üçün başqa klubların da maraqlandığı iddia edilir.

Qeyd edək ki, 23 yaşlı braziliyalı sağ cinah oyunçusu karyerasında 152 rəsmi matçda 40 qol vurub və 25 məhsuldar ötürmə edib.

Zaha'yı bile gölgede bırakacak! Fenerbahçe, Brezilyalı yıldız Tete'yi renklerine bağlıyor


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR