Nurlan Əzizbəyliyə nə olub? - "Haqqınızı halal edin".

"Bu həyat məni çox yordu. Bitdim, tükəndim artıq. Hara getdimsə, qapılar üzümə bağlı qaldı. Belə yaşamaq mümkün deyil. Haqqınızı halal edin".

Qaynarinfo xəbər verir ki, bu fikirləri müğənni Nurlan Əzizbəyli sosial şəbəkədə paylaşıb.

Azərbaycanın məşhur bəstəkarı, xalq artisti Eldar Mansurov da müğənninin sözügedən paylaşımına reaskya verib: "Nurlan uşaq xorunda oxuyanda hamıdan gözəl tembri ilə fərqlənirdi, illər keçdi, artıq böyüyüb tanınmış müğənni oldu, hətta məndən də bir mahnı oxudu. Nurlan, möhkəm ol, asan yolla heç kim zirvəyə qalxmayıb. Ümidvaram, daha böyük uğurların hələ qabaqdadır".

Sosial şəbəkə istifadəçiləri aktyorun intihar edə biləcəyi ilə narahatlıqlarının dilə gətiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR