"Real"a keçəcəyi iddia edilən Mbappe bu klubla anlaşdı

“Liverpul” PSJ klubunun hücumçusu Kilian Mbappeyə təklif göndərib.

Metbuat.az “Mirror” qəzetinə istinadən xəbər verir ki, “Liverpul” Mbappeni icarəyə götürmək istəyir. Bildirilir ki, Mbappe icarə əsasında “Liverpul”da oynamağa razılıq verib. İcarədən sonra isə Mbappe "Real Madrid"ə getmək istəyir. Razılaşma PSJ-yə gəlir əldə etməklə yanaşı, 24 yaşlı hücumçunun yüksək maaşına qənaət etməyə imkan verəcək.

Xəbərdə qeyd edilir ki, PSJ Mbappenin “Əl-Hilal” klubu ilə danışıqlardan imtina etməsindən narazı qalıb. Belə ki, “Əl-Hilal” PSJ-yə futbolçu üçün 300 milyon avro təklif edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR