1,5 milyonluq argentinalı hücumçu Azərbaycana gəlir

Meksikada "Krus Asul" forması geyinən argentinalı futbolçu Auqusto Lotti Azərbaycan klublarından birinə keçə bilər.

Metbuat.az bildirir ki, bu barədə idman jurnalisti Pako Arredondo özünün “Twitter” hesabında yazıb. Məlumata görə, 27 yaşlı Lotti avrokuboklarda çıxış edən klublarımızdan birinə keçmək üzrədir.

Qeyd edək ki, Auqusto Lottinin “Transfermarkt” portalında dəyəri 1,5 milyon avro olaraq göstərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR