Məşhur komediya ustası vəfat etdi - Son mesajı yayımlandı

Uşaq filmi olan "Pi-vi Herman"ın ulduzu Pol Rubens 70 yaşında vəfat edib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, aktyor 6 ildir ki, xərçənglə mübarizə aparırdı. Üç dəfə "Emmi" mükafatına layiq görülən aktyorun yazdığı son mesaj yayımlanıb:

"On altı il ərzində üzləşdiyim hadisələri ictimaiyyətə açıqlamadığım üçün üzrxahlığımı qəbul edin. Dostlarım, pərəstişkarlarım və tərəfdarlarım tərəfindən həmişə böyük sevgi və hörmətim olub. Hamınızı çox sevirdim və sizin üçün sənət yaratmaqdan həzz alırdım".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR