PSJ-də Mbappe erası bitdi

PSJ klubu futbolçusu Kilian Mbappe ilə müqaviləni 2025-ci ilin yayına qədər uzatmaq variantını aktivləşdirə bilməz.

Metbuat.az xəbər verir ki, bunun üçün sözləşmədə göstərilən müddət iyulun 31-də başa çatıb.

24 yaşlı hücumçunun hazırkı anlaşması 2024-cü ilin yayına qədərdir. Fransa millisinin üzvü komandanın Yaponiyadakı mövsümöncəsi təlim-məşq toplanışında yer almır. Ulduz futbolçu indiki transfer pəncərəsində təkliflərdən birini qəbul edib ayrılmasa, PSJ 2023/2024 mövsümündə onu oynatmamaq qərarına gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR