“Azərbaycan və Türkiyə qardaşlığı regionda inkişafın təminatıdır” - XİN

“Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri və strateji müttəfiqlik regionda təhlükəsizlik və inkişafın təminatıdır”.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb.

O, iyulun 31-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birlikdə Türkiyəyə səfər etməkdən məmnunluğunu bildirib.

Qeyd edək ki, C.Bayramov dünən Ankarada rəsmi səfərdə olub. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidan və digər rəsmilərlə görüşüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı