​"Liverpul"dan Mbappe açıqlaması - "Sürpriz etmək istəyiblər"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Kilian Mbappe ilə maraqlandıqları barədə xəbərlərə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, Klopp Mbappe ilə danışıqlar aparmadığını qeyd edilib. Onun sözlərinə görə, mediada dərc edilən xəbərlər həqiqəti əks etdirmir.

“Buna gülürük. Deyə bilərəm ki, o, çox yaxşı oyunçudur. Bununla belə, bu transfer iqtisadi baxımdan çox çətindir. Xəbərlə bağlı heç nə deyə bilmərəm. Ola bilsin ki, klubdan kimsə mənə demədən sürpriz etmək istədi. Amma burada olduğum müddətdə belə bir şey olmayıb” - Klopp deyib.

Qeyd edək ki, “Mirror” qəzetində yer alan xəbərdə “Liverpul”un Kilian Mbappe üçün PSJ-yə icarə təklifi etdiyi bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR