Məşhur futbolçu rəsmən “Əl-Nəsr”də - FOTO

Almaniyada "Bavariya" forması geyinən Sadio Manə rəsmən Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçib.

Metbuat.az xəbər verir ki, bununla bağlı klubun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, bu transfer komandaya 40 milyon avroya başa gəlib.

Mane 2022/23 mövsümündə 38 matçda iştirak edib, 12 qol vurub və 6 qolun ötürməsini verib. O daha öncə "Liverpul" klubunda oynayıb.

Qeyd edək ki, “Əl-Nəsr”də Kriştiano Ronaldo, Anderson Talişka, Marselo Brozoviç, Aleks Telles, Seko Fofana kimi ulduzlar da çıxış edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR