"Kino təhsili verən ayrıca akademiya olmalıdır" - Kinoşünas

"Mədəniyyət və İncəsənət Universitetindəki (ADMİU) çatışmazlıqların detalları haqda bilmirəm, amma ümumi məlumatım var, Kino İttifaqında bununla bağlı müzakirələr keçirmişik, tələbə və məzunlarla söhbətlərimiz olub. Praktiki biliklərin, maddi-texniki bazanın zəifliyi, peşə fənnlərindən çox qeyri peşə fənlərinin keçirilməsi, dərsliklərin azlığı əsas problemlərdəndir. Yaxşı olardı ki, digər ölkələrdə olduğu kimi bizdə də kino ilə bağlı ayrıca universitet və ya akademiya olsun".

Bu fikirləri Metbuat.az-a açıqlamasında kinoşünas Sevda Sultanova deyib. O, ölkəmizdə çəkilən filmlərlə bağlı suala belə cavab verib:

"Təəssüf ki, bu sualları aktual hesab etmirəm. Çünki bu suallar filmlərin intensiv istehsalı, kino bazarının formalaşdığı ölkələr üçün keçərlidir. Bizdə isə dövlət kinoya maliyyə ayırdığı təqdirdə, son illərdə az tammetrajlı bədii film çəkilib. Ötən il isə ümumiyyətlə tammetrajlı film istehsal olunmayıb. Ayrılan maliyyəni nəyə xərcləmələri haqda kino şöbəsi hələ də doğru-düzgün hesabat verməyib.

Qarabağ haqda Türkiyə ilə birgə istehsal olunacaq seriala müəyyən maliyyə xərclənsə də, taleyi haqda məlumat yoxdur. Müstəqil maliyyə ilə film çəkib festivallara yollayan rejissorları isə alqışlayıram. Çətin şərtlərdə işlədikləri üçün".

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı