Bu prospektdə hərəkət qismən məhdudlaşdırılacaq

Bakı şəhəri, Heydər Əliyev prospektində P tipli istiqamətverici lövhələrin quraşdırılması davam edir.

Bu barədə Metbuat.az-a Agentlikdən məlumat verilib.

Məlumata görə, lövhələrin quraşdırılması işləri prospektin şəhər istiqamətində, 26.4-cü km-də, bu axşam saat 22:00-dan səhər saat 05:00-dək aparılacaq.

Qeyd olunan vaxt müddətində işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək.

Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı