"Rakuv" qələbədən sonra "Qarabağ" azarkeşlərinə belə "söz atdı" - VİDEO

Polşanın “Rakuv” klubu UEFA Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdırıb.

Metbuat.az "Oxu.az"a istinadən xəbər verir ki, öz meydanında 3:2 hesabı qalib gələn Çenstoxova təmsilçisi cavab matçında 1:1 hesablı heç-heçə ilə növbəti raunda adlayıb.

“Rakuv” Bakıdakı oyundan sonra sosial şəbəkə hesabında qıcıqlandırıcı paylaşım edib. Polşa komandası “Qarabağ” azarkeşlərinin daha əvvəl klubun sosial şəbəkə hesablarında yazdığı rəyləri bir videoda toplayıb. Videonun sonunda isə Bakıdakı matçdan sonra “Rakuv” futbolçularının sevinc fotoları yerləşdirilib. Bununla polyaklar azərbaycanlı futbolsevərlərə cavab veriblər.

Qeyd edək ki, Çenstoxova klubu ÇL-in növbəti mərhələsində Kipr “Aris”i ilə qarşılaşacaq. “Qarabağ” isə yoluna Avropa Liqasının III təsnifat mərhələsində davam edəcək. Komanda burada Finlandiyanın HIK klubu ilə üz-üzə gələcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR