Avqustun ən bəxtəvər bürcləri: Sevgi, pul, yeni iş

Astroloqların proqnozuna görə, 2023-cü ilin avqustunun əvvəlində və sonunda iki ay dönümü hadisəsini yaşayacağıq. Avqustun istisində iz qoyacaq bu hadisə bu ilin ən aktiv sosial-iqtisadi dövrünün yaşanacağından da xəbər verir.

Bu müddətdə Xərçəng bürcündə doğulan və yüksələni Xərçəng olanlar çoxdan gözlədikləri dəyişikliyi yaşaya biləcəklər. Avqustda qazancınız çoxalacaq, özünə inamınız artmaqla bərabər çoxdan istədiyiniz dəyərli əşyanı da ala bilərsiniz. Xüsusilə bu ayda borclarınızı bağlaya bilərsiniz. Ayın sonuna doğru xaricə səfərləriniz gözlənilir. Bu müddət ərzində qeyri-adi mövzular, ictimai şüur, cəmiyyətlə ayaqlaşmağınız, akademik həyatınız kimi mövzularda aktiv olma ehtimalınız mümkündür.

Avqust Oğlaqlar üçün hərəkətli, dinamik keçəcək. Onlar ayın əvvəlində uzunmüddətdir yaşanan maliyyə böhranı, itkilər, borc və şəxsi həyatlarında olan problemlərlə mübarizə aparmalı olacaqlar. Ayın sonuna doğru yaxın ətrafınız, qardaşlarınız, dostlarınızla bağlı vəziyyətlər, bacı-qardaş münasibətləri, yaxın dostlarla ünsiyyət, dostluq əlaqələri, qısa səyahətlər, orta məktəbə qədər təhsil, uzunmüddətli olmayan plan və layihələr reallaşa bilər.

Əqrəblər də avqustun əvvəlində mübahisəli məsələlərin həlli yolunda önəmli addımlar atacaqlar. Bu ay karyeranızda yüksəliş gözlənilir. Ailə münasibətlərinizdə müsbət irəliləyişlər olacaq. Ayın sonlarına doğru xüsusilə eşq həyatınız, uşaq planlamaq, yaradıcılıq tələb edən sahələrdə qərar qəbul etməyiniz mümkündür.

Aidə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR