Argentinalı hücumçu "Neftçi" ilə anlaşmadı

“Neftçi” Meksikanın “Krus Asul” klubunun futbolçusu Auqusto Lotti ilə anlaşa bilməyib.

Metbuat.az xəbər verir ki, bu barədə yerli “Record” nəşri məlumat yayıb.

Bildirilib ki, argentinalı hücumçu ilə Azərbaycan təmsilçisi arasında danışıq aparılsa da, tərəflər ortaq məxrəcə gələ bilməyiblər. Hazırda Argentinanın “Lanus” və Yunanıstanın “Volos” klubları 27 yaşlı forvard uğrunda mübarizə aparırlar.

Qeyd edək ki, Auqusto Lottinin “Krus Asul”la müqaviləsinin müddəti 2026-cı ilin sonuna qədərdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR