Mağazalardan ət alanlara xəbərdarlıq - Bunu qatırlar

Hazırda əksər supermarketlərdə çəkilmiş ət sümükdən ayrılmış ətdən 20-25 faiz ucuz satılır. Farşın qiymətinin ətin özündən ucuz olması böyük suallar yaradır.

Maraqlıdır ki, ətin 1 kiloqramı 14-18 manata satılır. Lakin çəkilmiş dana ətinin qiyməti 10 manata təklif edilir.

Ət sümükdən ayrıldıqda və çəkildikdə sahibkar bunu daha baha qiymətə satmalı olsa da tam əksi baş verir. Ət satışı ilə məşğul olan şəxslər arb-yə bildirib ki, ucuz satılan farşa piy qatıldığı üçün ucuz satılır. Həmçinin yaşlı heyvanın əti də ucuz bazara çıxarılır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, ucuz satılan farşa kartof, nişasta vurulur. Bəzən farş çəkənlər əti fdigər köhnə ətlə də qarışdırırlar.

Ətraflı videomaterialda izləyə bilərsiniz:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR