101 yaşlı qadının uzun ömür sirri: Həftədə 4 gün bunu edir - FOTO

Sosial media ulduzu 101 yaşlı Ceyni Börns uzunömürlü olmağın sirlərini bölüşüb.

Metbuat.az xəbər verir ki, qadın açıqlamasında yaşının çox olmasına baxmayaraq həftədə dörd dəfə işə getməyə davam etdiyini bildirib. Təqaüdə 80 yaşında çıxmaq istəyən C.Börns bir qədər sonra anlayıb ki, o işsiz çox darıxacaq. 25 il əmək fəaliyyətinə davam edən sosial media fenomeni əmindir ki, iş onun uzunömürlülüyünə töhfə verib.

Bu fərziyyəsini elmi dəlillər ilə sübut etməyə çalışan qadın deyib ki, tez-tez xroniki xəstəliklərə səbəb olan xroniki stress, ömür uzunluğunun azalmasına səbəb olur.

Buna görə mehriban insanlarla ünsiyyət qurmaq çox vacibdir. Qeyd edək ki, 2021-ci ildə 20 yaşlı həmkarı Jane ilə bağlı videolar dərc etməyə başladıqdan sonra o, sosial media ulduzuna çevrildi. Bu videolardan birinin 9 milyondan çox baxışı və 2 milyondan çox bəyənməsi var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR