"Sabah" klubu növbəti mərhələdə - Konfrans Liqası

UEFA Konfrans Liqasında mübarizə aparan Bakının "Sabah" klubu növbəti mərhələyə yüksəlib.

Metbuat.az xəbər verir ki, öz meydanında Latviyanın “RFŞ” komandasını 2:1 hesabı ilə məğlubiyyətə uğradan “Sabah” üçüncü təsnifat mərhələsinə vəsiqə qazanıb.

“Sabah”ın start heyətində meydana 1.Yusif İmanov, 2. Amin Seydiyev, 3. Con İrasabal, 4. Elvin Camalov, 7. Boyan Letiç, 10. Aleksey İsayev, 12. Vinsent Till, 15. Kristian da Silva, 18. Davit Volkov, 20. Coy Lens Mikels və 44. Sofian çıxıblar.

“RFŞ”nin start heyətində isə 13 Yevgeni Neruqal, 3. Artur Zyuzin, 9. Yanus İkauniyeks, 10. Emerson, 11. Roberts Savaļniyeks. 19. Andrey İliç, 23. Herdi Prenqa, 25. Pyotr Mareş, 27. Adam Marxiyev, 43. Jiqa Lipuşçek, 52. Martsis Oş yer alıblar.

Qeyd edək ki, komandalar arasında Latviyada keçirilən ilk oyunda “Sabah” 2:0 hesablı qələbə qazanmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR