Azyaşlını döyən yeniyetmələrin kimliyi məlum oldu - YENİLƏNİB / VİDEO

Sosial şəbəkələrdə azyaşlılar arasında zorakılığı əks etdirən görüntülərlə bağlı araşdırma aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən Xətai rayonu S.Əhmədov küçəsində baş vermiş hadisə üzrə əməli törədən azyaşlılar müəyyən olunublar. Zorakılığa məruz qalan uşaqla bağlı ekspertiza təyin edilib.

Ekspertiza rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.

Hazırda təhqiqat araşdırmaları davam etdirilir.


11:15

Bakıda uşağın fiziki şiddətə məruz qalmasına dair görüntülər yayılıb.

Metbuat.az xəbər verir ki, kimliyi məlum olmayan iki şəxs mağazanın qarşısında oturan azyaşlıya şiddət göstərib, daha sonra telefonla çəkiblər. Videoda bildirilir ki, bundan sonra uşaq ağlaya-ağlaya evə gedərək hadisəni anasına danışıb və kameralar açdırılıb. Daha sonra 102 “Qaynar xətti”nə müraciət edilib.

DİN-in Mətbuat xidmətindən bilidirilib ki, sözügedən hadisədən xəbərdardırlar. Hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Təhlükəsizlik kamerasına düşmüş həmin görüntüləri təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR