Mövsümün ilk matçında darmadağın

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə start verilib.

Metbuat.az xəbər verir ki, açılış oyunu Bakıda baş tutub.

Çempionatın debütantı “Araz-Naxçıvan” “Turan Tovuz”u qəbul edib. “Dalğa Arena”da keçirilən görüşə saat 20:00-da start verilib.İki komanda indiyədək Premyer Liqada bir-birinə rəqib olmamışdı. Tərəflərin ilk görüşündə Tovuz təmsilçisi darmadağına sevinib.

Turun “Səbail” – “Sumqayıt” və “Qarabağ” – “Zirə” matçları avqustun 5-də, “Kəpəz” – “Neftçi” və “Sabah” – “Qəbələ” görüşləri isə 6-da keçiriləcək.

Azərbaycan Premyer Liqası
1-ci tur
4 avqust

“Araz-Naxçıvan” – “Turan Tovuz” 0:3
Qol: Martin Petkov, 53; 87. Otto Con, 67.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Asiman Əzizli, Kamran Əliyev
Bakı. “Dalğa Arena”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR