"Qarabağ" mövsümə “Zirə”yə qarşı oyunla start verəcək

Azərbaycan Premyer Liqasında I turun mübarizəsi davam edir.

Metbuat.az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.

İlk olaraq “Səbail”lə “Sumqayıt” komandaları birincilərin meydanında üz-üzə gələcəklər. Yay fasiləsində heyətində köklü dəyişikliklərə əl atan hər iki klub bu mövsüm avrokuboklara iddia edəcək.

Ardından son çempion “Qarabağ” yeni mövsümə start verəcək. Ağdam təmsilçisi doğma arenasında “Zirə”ni qəbul edəcək. Rəşad Sadıqovun kollektivi də ilk “dördlük” uğrunda mübarizə aparmağı qarşısına məqsəd qoyub.

Qeyd edək ki, ötən gün keçirilən mövsümün açılış oyununda “Turan Tovuz” səfərdə “Araz-Naxçıvan”a 3:0 hesabı ilə qalib gəlib. Tura avqustun 6-da baş tutacaq “Kəpəz” – “Neftçi” (17:00), “Sabah” – “Qəbələ” (20:00) matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

I tur

5 avqust

18:30. “Səbail” – “Sumqayıt”
Baş hakim: Elçin Məsiyev
“ASCO Arena”

21:00. “Qarabağ” – “Zirə”
Baş hakim: Əliyar Ağayev
“Azersun Arena”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR