Siyasi partiyaların MSK-ya təqdim edəcəyi məlumatlar açıqlandı

Siyasi partiyanın maliyyə vəziyyəti haqqında hesabatına hansı məlumatların daxil ediləcəyi məlum olub.

Metbuat.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, Siyasi partiyanın maliyyə vəziyyəti haqqında hesabatına aşağıdakılar barədə məlumatlar daxil edilir:

- qeyri-maddi aktivlər;

- torpaq, tikili və avadanlıqlar;

- daşınmaz əmlaka investisiyalar; -.uzunmüddətli debitor borcları;

- sair uzunmüddətli aktivlər;

- ehtiyatlar;

- qısamüddətli debitor borcları;

- pul vəsaitləri və onların ekvivalentləri;

- sair qısamüddətli aktivlər;

- ehtiyat fondu;

- bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər);

- uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər;

-.uzunmüddətli qiymətləndirilmiş öhdəliklər; -.uzunmüddətli kreditor borcları;
-.sair uzunmüddətli öhdəliklər;
-.qısamüddətli faiz xərcləri yaradan öhdəliklər; -.qısamüddətli qiymətləndirilmiş öhdəliklər;
-.vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər; -.qısamüddətli kreditor borcları;
-.sair qısamüddətli öhdəliklər.
Siyasi partiyanın maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri
haqqında hesabatına aşağıdakılar barədə məlumatlar daxil edilir: -gəlirlər, o cümlədən:
üzvlük haqqı;
ianə;
dövlət maliyyə yardımı;
-çap mediasının təsis edilməsindən, o cümlədən çap mediasının iştirakçısı olmaqdan əldə edilən gəlir;
-ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat mate- riallarının hazırlanması və satışından gəlir;
-mülki hüquq müqavilələri üzrə, o cümlədən əmlakından istifadə və onun satılmasından əldə edilən gəlir;
-hüquq varisliyi və ya vərəsəlik (miras aktivi) yolu ilə əldə edilmiş əmlak;
-qanunla qadağan olmayan digər gəlirlər;
-xərclər, o cümlədən:
cari işlərə sərf olunan vəsait;
siyasi partiyanın saxlanmasına və informasiya təminatına
çəkilən xərclər;
ictimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən
xərclər;
yerli (aşağı) təşkilatlara ödənişlər;
kreditlər üzrə faizlər;
fərdi xərclər;
sair xərclər;
ümumi mənfəət (zərər).

Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlərə aşağıdakı
məlumatlar daxil edilir:
-.siyasi partiyanın qərargahının yerləşdiyi yer (hüquqi
ünvanı), habelə hesabat dövrü ərzində işçilərinin orta sayı barədə məlumatlar;
-.maliyyə hesabatının tərtibi ilə bağlı əhəmiyyətli uçot siyasətlərinin açıqlanmasını təmin edən məlumatlar (maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı mühasibat uçotu subyektləri tərəfindən tətbiq edilən konkret prinsiplər, əsaslar, şərtlər və yanaşmalar);
-.maliyyə vəziyyəti haqqında hesabatla bağlı aşağıdakı məlumatlar açıqlanır:
-uzunmüddətli aktivlər və qısamüddətli aktivlər bölmələri üzrə - hesabat dövrünün və əvvəlki dövrün əvvəlinə və sonuna aktivlərin dəyəri, habelə onların hərəkəti barədə məlumatlar;
-xalis aktivlər (kapital) bölmələri üzrə - hesabat dövrünün və əvvəlki dövrün əvvəlinə və sonuna xalis aktivlərin (kapitalın) dəyəri, habelə onların hərəkəti barədə məlumatlar;
-uzunmüddətli öhdəliklər və qısamüddətli öhdəliklər bölmələri üzrə - hesabat dövrünün və əvvəlki dövrün əvvəlinə və sonuna öhdəliklərin dəyəri, habelə onların hərəkəti barədə məlumatlar;
maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabatla bağlı aşağıdakı məlumatlar açıqlanır:
-hesabat dövrü və əvvəlki dövr ərzində əldə edilmiş gəlirlərlə əlaqədar ayrı-ayrılıqda gəlir növləri və məbləğləri barədə məlumatlar;
-hesabat dövrü və əvvəlki dövr ərzində xərclənmiş məbləğlərlə əlaqədar ayrı-ayrılıqda xərc istiqamətləri və məbləğləri barədə
məlumatlar.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının
müraciəti əsasında siyasi partiya maliyyə-təsərrüfat fəaliyyətinə dair əlavə məlumatları və sənədləri təqdim etməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR