Ən hiyləgər 3 bürc - Onlardan ehtiyatlı olun

Qarşımıza çıxan bəzi insanların hiyləgər və məkrli olduğunu hiss etdiyimiz zaman çalışırıq ki, onlarla ehtiyatlı olaq.

Astroloqlar isə hesab edir ki, heyvanlarda olan bir çox keyfiyətlər bürclərin davranışlarına da təsir edir. Hiyləgər bürclər hər mövzuda özünü ön plana çıxarmaqla ulduz olmağı çox yaxşı bacarırlar.

Metbuat.az həyatınız boyu diqqət etməli olduğunuz bürclər haqqında məlumatı təqdim edir:

Əkizlər bürcləri nə qədər təbii görünsələr də, bəzən məkrli davrana bilirlər. Fikirləriniz Əkizlər bürcü ilə ziddiyyət təşkil etdikdə, onlar sizinlə razılaşmayıb əksini etməyi olduqca yaxşı bacarırlar. Amma bəzən etdiyinə görə peşman olub sizi təəccübləndirə də bilərlər.

Qız bürcləri dediyi hər sözü xatırlayır. Onunla bağlı probleminiz olduqda, sizin haqqınızda olan məlumatları düşünmədən sizə qarşı istifadə edə bilərlər. Bunu edərkən o qədər gizli hərəkət edirlər ki, siz hər şeyi anlayana qədər artıq gec ola bilər.

Əqrəb bürcləri sizə qəzəbləndikdə, arxanızca hiylə quraraq qisas almağa cəhd edə bilərlər. İntiqam və nifrət hissi yüksək olan Əqrəb bürclərinin nə edəcəyini təxmin etmək çox çətindir.

Aidə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR