Bu təhsil müəssisələrinə ixtisas seçimi başa çatır

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi 7 avqust saat 23:59-dək davam edəcək.

DİM-dən Metbuat.az-a verilən xəbərə görə, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

7 avqust saat 09:15-ə olan məlumata əsasən ixtisas seçimi etmiş abituriyentlərin sayı aşağıdakı kimidir:

Azərbaycan bölməsi - 14855; rus bölməsi - 344; cəmi - 15199 nəfər.

Müsabiqəyə qeyd olunan vaxtadək ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR