Bu avtomobillərin qiymətlərində artım var

Ölkəyə yeni gətirilən avtomobillərin qiymətində bahalaşma müşahidə edilir. Bazarda hazırda durğunluq yaşanır.

Metbuat.az xəbər verir ki, mövzuya nəqliyyat eksperti Eldəniz Cəfərov münasibət bildirib. Onun sözlərinə görə, daşınma qiymətlərinin artması və digər amillər nəqliyyat vasitələrinin qiymətlərinə təsir edib:

“Ötən ayla müqayisədə avtomobil bazarında fəallıq aşağı düşüb. Köhnə avtomobillərə gəlincə, ötən ay əsasən buraxılış ili 2010-cu ildən sonra olan nəqliyyat vasitələrində artım daha çox hiss olunub”.

Ekspertin fikrincə, bahalaşma müvəqqəti xarakter daşıyır: “İli köhnə olan avtomobillərin utilizasiyası ilə bağlı qərarın təsdiqlənməsi ikinci əl avtomobil bazarında qiymətlərin enməsi ilə nəticələnəcək”.

Eldəniz Cəfərov qeyd edib ki, alıcılar hazırda mühərrik həcminə görə seçim edirlər: “Daha çox mühərrik həcmi 1500-2000 kub santimetr olan avtomobillərə üstünlük verilir”.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR