"Qəfəs döyüşü" canlı yayımlanacaq

Əvvəlki adı ilə Tvitter kimi tanınan “X” sosial media platformasının sahibi İlon Mask və Meta şirkətinin İcraçı Direktoru Mark Zukerberq arasındakı “qəfəs döyüşü” canlı yayımlanacaq.

Metbuat.az xəbər verir ki, bu barədə İlon Mask açıqlama verib. O bildirib ki, döyüş “X” platformasında canlı yayımlayacaq və əldə edilən gəlir veteranlar dərnəyinə bağışlanacaq. Mask digər paylaşımında qeyd edib ki, o “qəfəs döyüşü”nə yaxşı hazırlaşır. "Məşq etməyə vaxtım olmadığı üçün çəkiləri iş yerimə gətirdim" - Mask deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR