Rusiya ilə bağlı neft böhranına səbəb olacaq gəlişmə

Rusiya neftini Avropaya daşıyan “Drujba” kəmərinin qərb hissəsindəki iki xəttdən birində sızma aşkar edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Polşanın boru kəməri operatoru “PERN” şirkəti belə açıqlama verib. Bildirilib ki, Polşanın mərkəzindəki Xodeç yaxınlığında xam neftin Almaniyaya çatdığı qərb hissəsindəki iki xəttdən birində sızma baş verib. Açıqlamada neft axınının dayandırıldığı və ikinci xəttin heç bir dəyişiklik olmadan işlədiyi və yerli əhalinin sağlamlığına təhlükə olmadığı bildirilib. Yanğınsöndürmə briqadası və “PERN” təcili xidmət qruplarının hadisə yerində olduğu, ərazinin mühafizə edildiyi və hadisənin səbəbləri ilə bağlı araşdırmaların davam etdiyi açıqlanıb. Boru xəttində təmir işləri aparılır.

Qeyd edək ki, dünyanın ən böyük neft kəmərlərindən biri olan “Drujba” ilə gündə 2 milyon barel neft nəql oluna bilər. Hazırda gündəlik nəql edilən neftin həcminin təxminən 1,5 milyon barel olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR