ABŞ regiona minlərlə əsgər göndərdi

ABŞ-ın göndərdiyi 26-cı Dəniz Piyadaları Ekspedisiya Qrupu və 3000-dən çox əsgərdən ibarət döyüş gəmiləri Qırmızı dənizə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığından açıqlama verilib. Bildirilib ki, “USS Bataan” amfibiya gəmisi, "USS Cartel Hall" desant gəmisi və 26-cı Dəniz Piyadaları Ekspedisiya Qrupu Qırmızı dənizə gəlib. ABŞ-ın 5-ci Donanmasının bölgədəki dəniz imkanlarının yeni əsgər və gəmilərin gəlişi ilə artacağı vurğulanıb.

Qeyd edək ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Yaxın Şərqə amfibiya gəmisi və ekspedisiya əməliyyat qrupunun göndərildiyini açıqlamışdı. Sözügedən addım İranın Fars körfəzindəki ticarət gəmilərinə müdaxiləsindən sonra atılıb. ABŞ İranın bundan əvvəl Hörmüz boğazında iki neft tankerini ələ keçirməyə cəhd etdiyini və gəmiyə atəş açdığını açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR