"Lazım olanda oyun qurarıq, lazım olanda oyun pozarıq - Hakan Fidan

"Türkiyə olmadan Avropa Birliyi real aktyor ola bilməz. Tam üzvlüklə bağlı prosesi canlandırmaq vacibdir. Xarici əlaqələrimizi struktur əsaslara oturtmaq üçün çalışırıq".

Metbuat.az xəbər verir ki, Türkiyənin Xarici işlər naziri Hakan Fidan belə açıqlama verib. O 14-cü Səfirlər Konfransındakı çıxışında bildirib ki, Türkiyə lazım gələndə oyun quran, lazım olanda oyunu pozan aktyor olmaq üçün yorulmadan çalışacaq.

“Biz yorulmadan çalışacağıq ki, ölkəmiz lazım olanda oyun quran, lazım olanda oyunu pozan tam müstəqil aktyora çevrilsin. Bizim üçün xarici siyasətimizin necə aparıldığı çox aydındır. İstənilən xarici təsir dairəsindən asılı olmayaraq, öz imkanlarımıza əsaslanan, sivilizasiyamızın dəyərləri ətrafında formalaşan milli xarici siyasət. Yəni Yüzyılın Türkiyə xarici siyasəti. Biz bu vizyonu həyata keçirmək üçün səfirlərimizlə çox çalışacağıq” - Hakan Fidan deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR