Rusiya Donetski “İsgəndər”lə vurdu - Ölənlər var

Rusiya ordusunun Ukraynanın Pokrovsk şəhərinə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 7-yə çatıb, 67 nəfər yaralanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Donetsk hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko məlumat yayıb.

Kirilenko bildirib ki, ötən gecə rus qoşunları Pokrovsk şəhərinin mərkəzinə iki zərbə endirib. Hücum saat 19:15 və 19:52-də "İsgəndər" raketləri ilə edilib.

Səlahiyyətlilərin dediyinə görə, atəş nəticəsində hündürmərtəbəli binalar, fərdi yaşayış binaları, kafe və hotelə ziyan dəyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR