Mağazadan qızıl oğurlayan keçmiş məhkum SAXLANILDI

Sumqayıtda oğurluq edən keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Metbuat.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində 34-cü məhəllə ərazisində yerləşən mağazaların birindən qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən 57 yaşlı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Quliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR