Bu imtahanların tarixi AÇIQLANDI

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi avqustun 13-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Bu barədə Metbuat.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Qeyd olunub ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədi ilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

“İmtahana buraxılış vərəqəsi”ni çap etmək etmək üçün keçid: https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=32


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR