Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən heykəltaraşlıq müsabiqəsinin qalibləri müəyyənləşib.
Metbuat.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edilib ki, müsabiqədə ölkəmizin heykəltaraşları tərəfindən 21 əsər təqdim olunub.
Təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin yekun nəticələrinin müəyyən olunması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən qaliblər seçilib.
Qaliblərin siyahısı təqdim olunur:
1-ci yer
Natiq Əliyev
2-ci yer
Nurəli Şahbazov
3-cü yer
İlqar Ağaşov