Runi Azərbaycan millisinin başına gətirilir? - AÇIQLAMA

Son günlər sosial mediada İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Ueyn Runinin Azərbaycan yığmasının baş məşqçisi olacağı ilə bağlı məlumatlar paylaşılır.

Belə ki, 37 yaşlı mütəxəssisin millmizin baş məşqçi postunda Canni de Byazini əvəzləyəcəyi bildirilir.

Metbuat.az xəbər verir ki, offsideplus.az məsələ ilə bağlı AFFA-nın mətbuat katibi Elnur Məmmədli ilə əlaqə saxlayıb. Qurumun sözçüsü açıqlamasında bu məlumatın həqiqətə uyğun olmadığını söyləyib: "Milli komandanın baş məşqçisi var. O, qarşıdakı oyunlara hazırlaşır. Bu məlumat həqiqətə uyğun deyil".

Bildirək ki, De Byazinin Azərbaycan millisi ilə bu ilin 30 noyabrınadək müqaviləsi var.

Əlavə edək ki, Ueyn Runi hazırda ABŞ-nin "Di Si Yunayted" klubunu çalışdırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR