Bakıda “Mercedes” OĞURLANDI

Bakıda avtomobil qaçırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 7-də saat 23 radələrində Binə qəsəbəsi Atçılıq yaşayış sahəsindən “Mercedes” markalı bir avtomobilin qaçırılması barədə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Əkbər Kərimov və sərnişini Vüqar Qəribov Nizami rayonu ərazisində avtomobillə saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR