“WhatsApp”dan çoxdan gözlənilən YENİLİK - FOTO

Dünyanın ən məşhur mesajlaşma tətbiqi olan "WhatsApp" videozənglərdə yeni dövrə başlamağa hazırlaşır.

Metbuat.az xəbər verir ki, bir müddətdir Android üçün "WhatsApp Beta"da sınaqdan keçirilən ekran paylaşma xüsusiyyəti nəhayət stabil versiya üçün istifadəyə verilib.

Meta şirkətinin rəhbəri "Mark Zuckerberg" tərəfindən elan edilən ekran paylaşma xüsusiyyəti istifadəçilərə video zəng zamanı telefon və ya kompüter ekranlarını digər iştirakçılarla paylaşmağa şərait yaradacaq. Qeyd edək ki, funksiya Android, iOS və "Windows" proqramlarında əlçatan olacaq .


Aidə/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR