Azərbaycanda tanınmış həkim vəfat etdi - FOTO

Qarabağ müharibəsi veteranı, həkim psixonevroloq Mahmud Rafiq oğlu Vəkilov vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Məlumata görə, onun ölümünə səbəb ürəyində yaranmış problem olub.

Qeyd edək ki, M.Vəkilov 1983-1989-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. O daha sonra 2001-2011-ci illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsil alıb. O, 1989-1992 “Semaşka” adına Kliniki Xəstəxananın Nevrologiya şöbəsi, 1991-1992-ci illərdə Sumqayıt şəhəri 2 saylı poliklinikada, 1992-1997-ci illərdə Müdafiyə Nazirliyinin nəzdində hərbi hissədə və s. tibb müəssisələrində fəaliyyət göstərib. 2009-2014-cü illərdə Qazax şəhər Diaqnostika Mərkəzində fəaliyyətdə olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR