Nabranda avtomobil aşıb, ölən və xəsarət alan var

Nabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Nabran kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobilinin aşması nəticəsində hələlik şəxsiyyəti məlum olmayan bir nəfər hadisə yerində dünyasını dəyişib.

2000-ci il təvəllüdlü Allahverdiyev Tofiq Pərviz oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR