Baş prokuror Samuxda vətəndaş qəbulu keçirəcək

Baş prokuror Kamran Əliyev avqustun 17-də, saat 10:00-da Samux rayon prokurorluğunun inzibati binasında Samux, Göygöl, Daşkəsən və Kəlbəcər rayon sakinlərinin qəbulunu keçirəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Samux rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR