İlin sonuna kimi sülh müqaviləsi imzalanacaqmı? - ŞƏRH

“Müharibənin bitməsindən təxminən üç ilə yaxın bir müddət keçməsinə baxmayaraq, Ermənistan hələ də danışıqlar prosesinə təsir edən müxtəlif təxribatlar törətməkdə davam edir. Məqsəd sülh müqaviləsinin imzalanmasına mane yaratmaqdır”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib. Millət vəkili vurğuladı ki, regionda sabitlik təkcə Ermənistanın deyil, xarici qüvvələrin də maraqlarına ziddir.

“2020-ci ildə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu tarixinin ən parlaq qələbəsini qazandı. Rəşadətli ordumuz Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyaraq torpaqlarımız işğaldan azad etdi. Azərbaycan güclü olan qalib tərəf kimi bölgədə uzunmüddətli sülhün olması, regionun inkişafı üçün Ermənistana beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq qəbul olunmuş sülh müqaviləsinin imzalanmasını təklif etdi. Amma Ermənistan tərəfi beş maddəlik əsas baza prinsipləri özündə ehtiva edən sülh müqaviləsini imzalamamaq üçün bəhanələr axtarır. Ümumiyyətlə, hazırda vəziyyət münasibətlərin normallaşmasının tam əksinə gedir. Danışıqlar prosesində iştirak edən tərəflər və vasitəçilər tərəfindənbu günə kimi bir sıra irəliləyişlər əldə olunsa da, Ermənistan tərəfihələ də pozuculuq fəaliyətinə davam edir. Ermənistan da artıq məcburi olaraq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu qəbul edib. Son günlər ərzində son müddət Laçın postu istiqamətində erməni separatçı rejim tərəfindən törədilən sülh müqaviləsinin imzalanmasını gecikdirən amillərdir. Burada təkcə Ermənistan deyil, bəzi qüvvələrin də geosiyasi maraqları var. Onlar regionda vəziyyətin gərgin olmasında maraqlıdırlar. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını istəmirlər”.


Azərbaycanın üç il ərzində Ermənistanla münasibətlərin normallaşması istiqamətində aparılan danışıqlarda Azərbaycan tərəfinin qətiyyətli mövqe sərgilədiyini xatırladan millət vəkili qeyd etdi ki, Ermənistan Azərbaycan Prezidenti İlham Əliyevin son mesajından ciddi nəticə çıxartmalıdır.

“Əks təqdirdə, artıq Azərbaycan tərəfi öz mövqeyini açıqlayıb. Ermənistan üçün həm sərhədlərin delimitasiyası və demarkasiyası, həm sülh müqaviləsinin imzalanması çox vacibdir. Azərbaycan 2020-ci ildəki ümumi göstəricilərinə görə həm iqtisadi, həm Silahlı Qüvvələrimizin potensialının artırılması baxımından olduqca güclü dövlətdir. Beynəlxalq münasibətlər sistemində ölkəmizin nüfuzu yüksəkdir. Bu gün Ermənistanın revanşist addımlarına dəstək verən dövlətlər də anlamalıdırlar ki, Azərbaycan Qafqazın güclü, siyasi, iqtisadi, öz ayaqları üzərində durmağı bacaran dövlətlərindən biridir. Odur ki, İrəvan hakimiyyəti atacağı addımları öncədən düşünüb sonra hərəkət etməlidir. Çünki Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə son dəfə “Euronews”kanalına verdiyi açıqlamada da istər Ermənistanda erməni icmasını yaşayan ermənilərə, istər Azərbaycan ərazisində yaşayan ermənilərə konkret mesajlarını verdi. Bu, Ermənistanın ciddi nəticələr çıxartmaq üçün son şansıdır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR