Xaricə spirtli içki ixracı artıb

Yanvar-iyul ayları ərzində Azərbaycanın ümumi ixracı 20,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,8 % artaraq 2 milyard dollar təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac icmalı”nın avqust sayında qeyd olunub.

Yeddi ayda yeyinti məhsulları üzrə ixrac 520 milyon dollara bərabər olub.

Yanvar-iyul ayları ərzində elektrik enerjisi 5,5 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 4,4 dəfə, şəkər ixracı 53,1 %, meyvə-tərəvəz ixracı isə 46,6 % artıb.

Aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,6 % artaraq 540,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,3 % artaraq 119,4 milyon dollar təşkil edib.

İyul ayının qeyri-neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4 % artaraq 233,2 milyon dollar təşkil edib.

İyulda yeyinti məhsulları üzrə ixrac 60,1 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə isə 1,5 % artaraq 173,2 milyon dollara bərabər olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR