"Ərzaq baha, geyim baha, maaş az" - Nura Suri

"Qarşıma məktəbli geyimlərinin qiyməti ilə bağlı bir status çıxdı. Bir neçə övladı olan valideyn bu formanı necə alsın?

Metbuat.az xəbər verir ki, o, bu barədə feysbuk hesabında yazıb. O bildirib ki, dövlət məktəbləri pulsuzdursa, formalar da ödənişsiz olmalıdır:

"Dövlət məktəbləri pulsuzdursa, forma da pulsuz olsun heç olmasa. Məktəb ləvazimatları da baha, geyim də. Ümumiyyətlə, 300-500 azn maaş alan ailələr necə dolansın? Marketlərdə qiymətlər hər gün qalxır. Ərzaq baha, geyim baha, maaş az. Kommunaldan heç danışmıram. Pensiya ilə dolananlar nə yeyir, kommunalı necə ödəyir? Bir əlacı var bu problemin? Millət vəkillərinə ünvanlayıram bu sualı. Dostluğumda olanlar cavablandırsın heç olmasa".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR