Məktəbəhazırlıq qrupları üzrə məktəb və müəllim seçimi başlayır

Bu gün saat 11:00-da məktəbəhazırlıq qruplarına Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi aktiv ediləcək.

Metbuat.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 15 avqust saat 11:00-da aktivləşdiriləcək.

Qeyd edək ki, 2023-2024-cü tədris ilindən özəl ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul da mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR