İxtisas seçimi edənlərin nəzərinə - Bu qrupda dövlət sifarişli plan yerləri artırıldı

II qrupda dövlət sifarişli yerlərin sayı artırılıb.

Metbuat.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

"Müəyyən ali məktəblər var idi ki, onlar dövlət sifarişli yerlər bölgüsündə iştirak etmirdilər. II qrupda demək olar ki, bütün ali məktəblər keçən il və bu il də dövlət sifarişli yerləri təqdim ediblər. Amma iki ixtisas üzrə - beynəlxalq ticarət, logistika və marketinq ixtisası üzrə Bakı Mühəndislik Universiteti də bu il dövlət sifarişli yerlərin bölüşməsində iştirak edir. UNEC-in Zaqatala filialı da bu il dövlət və bələdiyyə idarəetmə ixtisası üzrə dövlət sifarişli yerlərin siyahısında var. Bu, bu il üçün yenilikdir. Bakı Dövlət Universitetində də statistika ixtisası da II qrup üzrə dövlət sifarişli yerlərin siyahısında öz yerini tapıb", - DİM sədri vurğulayıb.

O həmçinin bildirib ki, II qrupda 200 yox, 150 baldan yuxarı nəticə göstərənlər abituriyentlər marketinq, biznesin idarə edilməsi, turizm bələdçiliyi və turizm işinin təşkili üzrə yerlərə sənəd verə bilərlər. Belə yerlərin sayı 4760-dır. Müsabiqəyə isə 6 min 803 nəfər buraxılıb. II qrupda ümumi plan yerləri 13 min 285-dir. Ümumi müqayisədə hər müsabiqəyə buraxılan şəxs üçün ən azı 2 yer var".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR