Kürü belə çirkləndirdilər - Nazirlik hərəkətə keçdi

ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin, DİN-in Mingəçevir şəhər Polis Şöbəsinin, FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin və Mingəçevir Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı Mingəçevir şəhərində Kür çayı sahilində, gəmilərin yan aldığı limandakı kater və gəmilərdə yanacaq çəninin düzgün izolyasiya olunmaması və mühərriklərdə olan nasazlıq səbəbindən neft məhsullarının çaya axıdılması faktları müəyyən edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Xidmət rəsmisi Bəhruz Məhəmmədov məlumat verib. Bildirib ki, faktlarla bağlı gəmi istifadəçiləri Ümüd Nəbiyev, İntiqam Kamalov, Məhərrəm Məhərrəmov barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.

Nəqliyyat vasitələrində olan nasazlıqların aradan qaldırılması üçün onlara məcburi göstərişlər verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR