Bu avtobusların hərəkət sxemi dəyişdirilir

12 avqust saat 22:00-dan 13 avqust saat 06:00-dək Xocəsən-Lökbatan avtomobil yolunun ikinci kilometrində yolun hərəkət hissəsində yerləşən yerüstü piyada keçidində təmir-bərpa işləri aparılacağından yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib. Təmir işləri ilə əlaqədar tətbiq edilən məhdudiyyətə uyğun olaraq 3 müntəzəm marşrut xəttinin (102, 130, 155 №-li) fəaliyyəti alternativ küçələrdən təşkil ediləcək.

Bildirilib ki, məhdudiyyət aradan qaldırıldıqdan sonra marşrutların əvvəlki sxem üzrə fəaliyyəti bərpa ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR