II qrupa daxil olmaq bu qədər asan olmamışdı - VİDEO

II qrupda 150 baldan yuxarı nəticə göstərənlər bir neçə ixtisası seçə bilərlər.

Metbuat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Bu ixtisaslar marketinq, biznesin idarə edilməsi, turizm bələdçiliyi və turizm işinin təşkilidir.

Məleykə Abbaszadə həmçinin bildirib ki, III qrupda dövlət sifarişli yerlərin sayı azaldılıb. O deyib ki, keçən illə müqayisədə III qrupda yerlərin sayı 940 yer artırılıb, dövlət sifarişli yerlərində isə artım yoxdur, əksinə 328 yer azalıb.

“Valideynlərə müraciət edirəm ki, ilk növbədə uşaqların istəklərini öyrənin, ondan sonra birgə seçim edin deyə”, - DİM sədri qeyd edib.

Daha ətraflı videoda:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR