İlon Mask Azərbaycana gələcək?

Xəbər verdiyimiz kimi, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Tesla” şirkətin qurucusu İlon Maskla görüşüb. “Starlink”in ölkəmizdə planlaşdırılan fəaliyyəti, ölkəmizə məxsus peyklərin orbitə buraxılması məsələsi ilə bağlı danışıqlar aparılıb.

Metbuat.az xəbər verir ki, bu barədə paylaşım edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz feysbuk hesabında bildirib ki, Mask oktyabrda Azərbaycana gələ bilər:

"Proqnozlaşdırmaq olar ki, 2 oktyabr tarixdə, Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılışında İlon Mask da iştirak edəcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR