Mask və Zukerberqin döyüş yeri məlum oldu - Harada baxmaq olar?

Amerikalı milyarder “Tesla”nın sahibi İlon Mask "Meta" şirkətinin rəhbəri Mark Zukerberqlə qəfəs döyüşünün harada keçiriləcəyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, Mask özünün “Twitter” (indiki X) hesabında döyüşün Qədim Romada keçiriləcəyini bildirib: “Döyüş mənim fondum və Zukerberqin fondu tərəfindən keçiriləcək. Yayım X (tviter) platformasında və “Meta”da (feysbuk) olacaq. Kameraya düşən bütün kadrlar qədim Romanı əks etdirəcək, odur ki, müasir heç nə olmayacaq.İtaliyanın Baş naziri və mədəniyyət naziri ilə danışdım. Onlar epik bir yer haqqında razılığa gəliblər. Bütün gəlir veteranlara sərf olunacaq”, - deyə milyarder qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR