Reklam rolikləri çəkildi, fotolar hazırlandı - Mbappe transferi elan edilir

PSJ ilə aralarındakı fikir ayrılığını aradan qaldıra bilməyən Kilian Mbappe barədə yeni iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, Mbappe “Real”a transfer olmaq üçün Madrid təmsilçisi ilə bütün detalları razılaşdırıb. “Marca” qəzeti xəbər verir ki, tərəflər arasında müqavilə imzalanıb. Məlumata görə, “Real Madrid”in kommunikasiya departamenti fransız futbolçu Kilian Mbappenin reklamı üçün video, qrafik və fotolar hazırlayıb. Artıq klub 24 yaşlı forvardın mümkün transferinə hazırdır.

Qeyd edək ki, “Foot Mercato”, PSJ-nin “Park des Princes” stadionunun fasadından fransız hücumçunun plakatını yığışdırdığını yazmışdı. Futbolçunun PSJ ilə müqaviləsi 2024 mövsümünün sonunda başa çatır. Mbappe PSJ ilə müqaviləsini 2025-ci ilə qədər uzatmaq variantından istifadə etməkdən imtina etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR