"Qalatasaray"la razılaşmışdı, bu kluba keçir - Gözlənilməz qərar

"Qalatasaray"ın transfer siyahısında olduğu iddia edilən Serxio Ramos seçimini edib.

Metbuat.az xəbər verir ki, Serxio Ramosun Səudiyyə Ərəbistanının "Əl İttihad" klubuna transfer olmaq üzrə olduğu qeyd edilib.

“Sky Sports”un xəbərinə görə, futbolçu “Qalatasaray”da oynamağa razılıq versə də, "Əl İttihad"ın təklifi müdafiəçini fikrindən daşındırıb. Serxio Ramos Səudiyyə Ərəbistanında oynamağa razılıq verib.

Bildirilir ki, tərəflər arasında detallar artıq razılaşdırılıb. İddia edilir ki, Serxio Ramos başqa klublarla danışıqlar aparsa da, o ərəb klublarından təklif gözləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR